MEK tərəfindən yeni nəşrlər əldə edilib

MEK tərəfindən yeni nəşrlər əldə edilib

MEK tərəfindən yeni nəşrlər əldə edilib 

 

Dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

 

Öz işini müasir tələblər səviyyəsində quran MEK çoxsaylı oxucu kütləsinin olduğunu nəzərə alaraq, mütəmadi şəkildə fondları üçün yeni nəşrlərin əldə edilməsi istiqamətində işləri davam etdirir. Bu da insanların kitaba və mütaliəyə, kitabxanaya olan marağını artırır.

 

Mərkəzi Elmi Kitabxanaya mütəmadi olaraq tarixi, tibbi, siyasi, coğrafi və digər müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur. Yeni nəşrlər sırasında “Zəfər Yolu. 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri, tvitləri” adlı kitabı, “Bakı-Tarixin Səhifələri” (Sevda Dadaşova, Elbay Qasımzadə, Fazil Məmmədov), “Azərbaycan”, “Живопись, Скульптура, Музыка. Избранные Сочинения” (В.В.Стасов), “Уголовное Судопроизводство” (Под Редакцией Н.А.Колоколова) və digərləri yer alır.

 

Mənəvi dəyərlərin inkişafında əvəzsiz xəzinə olan bu nəşrlər, Azərbaycan tarixinin dünyada tanıdılmasında və daha yaxşı mənimsənilməsində elmin inkişafı istiqamətində araşdırmalar aparan alim və mütəxəssislər üçün qiymətli mənbə, gənc nəslin vətənpərvərlik, torpağa bağlılıq, xeyirxahlıq ruhunda böyüməsində mühüm rola malikdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020