Azərbaycan Milli Abilimpiya Federasiyasının (MAF) üzvlərinin rusiyalı həmkarları ilə onlayn görüş keçirilib
Bu xəbəri paylaş
05 oktyabr 2021-ci il tarixində Azərbaycan Milli Abilimpiya Federasiyasının (MAF) üzvlərinin rusiyalı həmkarları ilə onlayn görüşü baş tutmuşdur.
Görüşdə Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı ölkəmizdə abilimpiya hərəkatının inkişafı barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, fiziki məhdudiyyətli şəxslərin bu hərəkata cəlb edilməsi üçün müxtəlif kurslar təşkil edilir, eyni zamanda Rusiya Federasiyasında keçiriləcək olan 10-cu beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması üçün yerli çempionatın keçirilməsi nəzərdə tutulmuşdur.
Rusiya Milli Abilimpiya Mərkəzinin direktoru Dina Makeyeva bildirmişdir ki, Azərbaycanda Abilimpiya hərəkatının inkişafına önəm verilməsi çox sevindirici haldır. D.Makeyeva qarşılıqlı təcrübə mübadiləsi üçün MAF-ın heyətini 16-18 noyabr 2021-ci il tarixlərində Rusiyada baş tutacaq regional yarışa dəvət etmişdir.
Səfər zamanı yarışların keçirilmə şərtləri, iştirakçıların qiymətləndirilmə meyarları və abilimpiya hərəkatının inkişaf perspektivləri barəsində məlumatların əldə edilməsi nəzərdə tutulur. Həmçinin onlayn təlimlər haqqında da qarşılıqlı danışıqlar aparılmış və təlimlərin başlanılmasına qərar verilmişdir.
Görüşün sonunda tərəflərin razılığı əsasında Azərbaycan Milli Abilimpiya Federasiyası və Rusiya Federasiyasının Milli Abilimpiya Mərkəzinin arasında mövcüd əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə memarandum imzalamaq qərara alınmışdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)