Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Macarıstanın Budapeşt şəhərinə səfəri başlayıb - FOTO
Bu xəbəri paylaş
Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Macarıstanın Budapeşt şəhərinə səfəri başlamışdır. Səfərin ilk günü Budapeşt şəhərində yerləşən Azərbaycan evində yaradılmış Anım güşəsi ziyarət olunmuş, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Anım guşəsinə gül dəstəsi qoyulmuşdur.
Qeyd etmək istərdik ki, 7 oktyabr tarixindən başlayan səfər 10 oktyabr tarixinədək davam edəcəkdir. Səfər çərçivəsində Macarıstanda Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə icra olunan layihələrin monitorinqi, Macarıstanda təhsil alan və yaşayan azərbaycanlı gənclər üçün Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı və bir-sıra tədbirlərdə və görüşlərdə iştirak nəzərdə tutulmuşdur.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


