Mədəniyyət Nazirliyində Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də ölkəmizdə səfərdə olan  Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə  heyətini qəbul edib.
 

Qonaqları səmimi salamlayan Anar Kərimov qonaqlara oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılışı baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştiraklarına görə təşəkkürünü bildirib.  Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramında qardaş Türkiyənin də nəfis tərtibatlı nəşrlərlə təmsil olunduğu üçün məmnunluğunu vurğulayıb.
 

Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Ahmet Misbah Demircan da öz növbəsində Azərbaycana növbəti səfərinin əhəmiyyətindən danışıb.
 

Görüş zamanı iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyindən bəhs olunub.
 

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında  fikir mübadiləsi aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020