Ermənistanın müharibə və ekoloji çinayətləri Venesiya sakinlərinin nəzərinə çatdırılıb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiya şəhərində azərbaycanlı icmasının məlumatlandırıcı aksiyası keçirilib.


Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə və ekoloji cinayətlərə diqqəti cəlb etmək məqsədilə təşkil edilən aksiya Venesiya şəhərinin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsü və Müqəddəs Bartolomeo meydanında baş tutub.


Aksiya zamanı “Hər birimiz müharibə cinayətlərinin əleyhinəyik!”, “Gəncə üçün dua et!”, “Bərdə üçün dua et!” şüarlarının, Gəncə terrorunun fotosunun əks olunduğu geyimdə olan gənc soydaşlarımız yerli sakinlərə Ermənistanın bütün bəşəri dəyərlərə zidd cinayətkar əməlləri barədə məlumat veriblər. Venesiyalılara bu məlumatların daşıyıcısı olan QR kodlu oyuncaqlar paylanılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020