Heydər Əliyev Sarayı "Nizami" operasını səhnələşdirəcək - VİDEO

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının verdiyi məlumata görə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "BEAT Group" şirkəti, "VISA"-nın dəstəyi ilə XX-ci əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək. Layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə müştərək nəzərdə tutulur. Layihənin İdeya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva,  quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadova məxsusdur. Tamaşada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Inarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin Ismayılov yer alıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020