Əbədiyyətdəki əziz ünvanlarımız… +FOTO=8

Əbədiyyətdəki əziz ünvanlarımız… +FOTO=8

Əbədiyyətdəki əziz ünvanlarımız… +FOTO=8

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Şüküfə xanım Şirinova tərəfindən icra olunan “Məktəbin məzunları olmuş Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi çərçivəsində 08 oktyabr 2021-ci il tarixdə Beyləqan rayonu Orta Əlinəzərli kənd Şəhid Kərəm Əliyev adına 2 saylı tam orta məktəbin məzunu olmuş Şəhid Əliyev Səbuhi Teyyub oğlunun və Rəhimli Xəyal Rahil oğlunun anım günü keçirilmişdir. Tədbirdə Şəhid ailələrinin üzvləri, Beyləqan rayon İcra Hakimiyyətinin əməkdaşları, Beyləqan Təhsil Şöbəsinin əməkdaşları, İctimaiyyət nümayəndələri, məktəbin pedoqoji və şagird heyyəti iştirak edirdi. Layihə rəhbəri Şüküfə Şirinova öz çıxışında qeyd etmişdir:

 

Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.

 

Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Şəhid Əliyev Səbuhi Teyyub oğlu və Rəhimli Xəyal Rahil oğlu idi.

 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə orta məktəb şagirdləri tərəfindən hazırlanmış şeirlər və kompozisiyalar səslənmişdir. Şəhid ailələri və qonaqlar öz ürək sözləri ilə Şəhidimiz Elvin İsmayılovun valideynlərinə baş sağlığı vermişlər.

 

Allahdan Şəhidlərimizə rəhmət diləyirik. Vətən sağ olsun

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020