Azərbaycanlı alimin koronavirusa qarşı hazırladığı kokteyl-peyvənd Türkiyə mediasının gündəmində (+FOTO, +VİDEO)
Bu xəbəri paylaş
Azərbaycanlı alimin koronavirusa qarşı hazırladığı kokteyl-peyvənd Türkiyə mediasının gündəmində (+FOTO, +VİDEO)
Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi komandanın 2 ilə yaxındır apardığı tədqiqatlar nəticəsində Nicotiana Benthamiana adlı tütün bitkisindən COVID-19 əleyhinə hazırlanan kokteyl-peyvənd insanlar üzərində sınaqlar üçün hazırdır.
Bu barədə Aztibb.az-a açıqlama verən Tərlan Məmmədov kokteyl-peyvəndin hazırda Türkiyənin tanınmış mətbu orqanlarında və televiziya kanallarında geniş işqılandırıldığını bildirib.
Qeyd edib ki, tədqiqat çərçivəsində tütün bitkisində S1 zülalının, RBD və N zülalının ekspresiya edilərək immunogenliyi öyrənilib. Tədqiqatçılar qrupu ilk dəfə olaraq N antigenlərini tək və ya S1 va RBD domein antigenleri ilə birlikdə istehsal (sintez) edib. Əksər bitki mənşəli peyvənd istehsalçıları isə antigen olaraq RBD, S1 protein və S zülalını hədəf alırlar.
Alimin sözlərinə görə, 1 kq bitkidən 25 milliqrama qədər, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür.
T.Məmmədov qeyd edib ki, SARS-CoV-2-nin Spike proteinində az mutasiyalar getsə də, Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən onların hər ikisinin qarışığından ibarət N+RBD kokteyl peyvəndinin hazırlanmasına qərar verilib.
Professor artıq heyvanlar üzərində tədqiqatların tamamlandığını, patent üçün müraciət olunduğunu və insanlar üzərində tədqiqatlara başlamaq üçün hazır olduqlarını vurğulayıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
