Ağcabədidə Vətən müharibəsi şəhidlərinin İl mərasimləri keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=42)
Bu xəbəri paylaş
Ağcabədidə Vətən müharibəsi şəhidlərinin İl mərasimləri keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=42)
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 8-də Vətən müharibəsində şücayət göstərərək, şəhidlik zirvəsinə ucalmış Kəhrizli kəndindən olan həkim Tariyel Salmanov, oktyabrın 9-da isə Avşar kənd sakini şəhid Azad Tapdıqov və Şərəfxanlı kənd sakini Murad Əsədovun il mərasimləri keçirilib. Düz bir il öncə bu qəhrəman şəhidlərimiz Vətən, Torpaq uğrunda gedən qızğın döyüşlərdə canlarını belə əsirgəməyərək,fəda ediblər. Qədirbilən xalqımız öz igid, şəhid oğullarının xatirəsini uca tutaraq onların adlarına küçələr verilmiş və haqlarında nəfisli kitab buraxılmışdır.
İl mərasilərində şəhidlərin ailələri rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, yaxınları, ziyalılar, ağsaqqallar, din xadimləri iştirak etmişlər. Onlar şəhidlərin məzarlarını ziyarət etmiş və ölməz ruhlarına dualar oxumuşlar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)









































