Baku Build sərgisində Belarusun milli pavilyonu təqdim olunacaq

Baku Build sərgisində Belarusun milli pavilyonu təqdim olunacaq

Made in Belarus ekspozisiyası 20-22 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək 26-cı Beynəlxalq ixtisaslaşdırılmış Baku Build tikinti sərgisində təqdim olunacaq. Tədbirdə Belarusdan Azərbaycanda inşaat sahəsinin inkişafı üçün lazım olan məhsul və xidmətləri nümayiş etdirən beş şirkət iştirak edir.


“Enerqokomplekt” şirkəti sərgidə müxtəlif spesifikasiyalı kabel məhsulları və məftilləri təqdim edəcək. Müəssisə Belarusda öz sahəsində ən böyük müəssisədir. “Enerqokomplekt” məhsullarının nomenklaturası 20 min marko-ölçüdədir. Müəssisənin istehsalat sexləri Almaniya, İtaliya, ABŞ və Çexiyadan olan dünyanın aparıcı istehsalçılarının istehsal etdiyi müasir avadanlıqla təchiz edilmişdir.


“Belenerqo” istehsalat birliyinin müəssisələri olan “Belenerqoremnaladka”“Belelektromontajnaladka” energetika obyektlərinin etibarlı və qənaətcil işləməsini təmin etmək üçün texnologiyaları, ölçü texnikasını, avtomatlaşdırma vasitələrini, vakuum açarları və digər avadanlıqları nümayiş etdirəcəklər.


“OKB TSP” elmi-istehsalat cəmiyyəti müxtəlif təyinatlı obyektlər üçün tağşəkilli konstruksiyaların tikilməsi üçün “OKB TSP”-nin tərkibində olan “Speçmaşinostroyeniye” (“Xüsusi maşınqayırma”) şirkətinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış özünün innovasiya texnologiyasını təklif edəcəkdir. Şirkət bu texnologiyadan istifadə etməklə Azərbaycanda artıq 19 sənaye binası tikmişdir.


“BELQAZSTROY” – holdinqin idarəedici şirkəti” mühəndislik, mühəndislik və nəqliyyat, həmçinin magistral və mühəndislik infrastrukturunun tikinti-montajı üzrə xidmətləri təqdim edir. Müəssisə sərgidə distant formatda iştirak edir. Bu halda Azərbaycan ziyarətçiləri konkret bir şirkətin məhsul və ya xidmətlərində maraqlı olduqda onun nümayəndələri ilə videoəlaqə vasitəsilə danışıqlar apara biləcəklər. Bu, birbaşa əlaqə qurmağa və əməkdaşlıq və tədarük haqqında əyani razılığa gəlməyə imkan verəcəkdir.


Baku Build sərgisi Azərbaycanın tikinti sahəsində ən böyük ixtisaslaşdırılmış meydançasıdır. O, 2019-cu ildə Almaniya, Rusiya, ABŞ, Türkiyə, Çin, Türkiyə, Ukrayna da daxil olmaqla 19 ölkədən 225 şirkət toplamışdır. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin və bir sıra digər idarə və şirkətlərin dəstəyi ilə keçirilir.


Baku Build sərgisinə “Tikinti materialları”, “Dam örtükləri və izolyasiya”, “İnteryer, bəzək materialları və dizayn”, “Boyalar, laklar və örtüklər”, “Landşaft arxitekturası və dizayn”, “Fasadlar, pəncərələr və qapılar”, “İnşaat avadanlıqları və texnologiyaları”, “Metal prokat”, “İşıq və elektrotexniki məhsullar” və digər tematik bölmələr daxildir.


Baku Build sərgisi ilə eyni vaxtda Bakıda Qarabağ ərazisinin fəal şəkildə bərpa edilməsi ilə əlaqədar ölkə həyatında unikal əhəmiyyət kəsb edən "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh) ilk Azərbaycan Beynəlxalq sərgisi keçiriləcək.


Sərginin əsas bölmələri arasında “Banklar və investisiyalar”, “Təhlükəsizlik”, “Mədən sənayesi”, “Səhiyyə”, “Informasiya texnologiyaları”, “Təhsil”, “Qida sənayesi”, “Kənd təsərrüfatı", “Yolların tikintisi və infrastrukturu”, “Nəqliyyat, turizm və mədəni irs”, “Energetika və ekologiya” kimi sahələr yer alıb.
“Rebuild Karabakh” Qarabağın Bərpası Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən dəstəklənir.


Belarus ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsi ilə seçilir. 2020-ci ilin yekunları üzrə ticarət dövriyyəsi 447,1 milyon ABŞ dolları təşkil edib. Hər iki ölkənin istehsal kooperasiyasının lideri Gəncə avtomobil zavodudur. 2007-ci ildən orada 12 mindən çox müxtəlif modifikasiyalı “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılmışdır. Elektrobuslar və taxılyığan kombaynların yığımı mənimsənilib.


2021-ci ilin birinci rübü ərzində Belarus inşaat kompleksi təşkilatları Azərbaycana 3,5 milyon dollardan artıq məbləğdə məhsul göndərmişlər. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu dövrdə Belarusun tikinti sahəsində olan təşkilatların Azərbaycana ixracının əsasını dəmir-beton konstruksiyalar və metal konstruksiyalar, avadanlıq və ehtiyat hissələri təşkil edib. Həmçinin Azərbaycanda Belarus bülluruna yüksək tələbat var – ondan milli armudu stəkanlar növü hazırlanır.


Azərbaycanın tikinti sahəsi Belarus şirkətləri üçün böyük maraq doğurur. Bu sahə dövlət investisiyalarının həcminə görə neft sektorundan sonra ikinci yerdədir. Bundan başqa ölkədə mişarlanmış meşə materiallarına yüksək tələbat var, bu sahə ilə məşğul olan müəssisələr üçün isə sadələşdirilmiş vergi nəzərdə tutulub.


Azərbaycan malların təkrar ixracı baxımından əlverişli istiqamətdir və Çinin “Bir kəmər – bir yol” qlobal logistika layihəsində xüsusi yer tutur. 2017-ci ildə tikilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun mövcudluğu nəticəsində Çindən Avropaya və geriyə Azərbaycandan keçən yüklərin çatdırılma müddəti dəniz daşımaları ilə müqayisədə iki dəfə azalır. Bu kəmər vasitəsilə ildə 17 milyon tondan çox yük daşınması nəzərdə tutulur.


Bu cür imkanlar Avropadan Mərkəzi Asiya ölkələrinə – Türkmənistana, Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Tacikistana, həmçinin Əfqanıstana malların irəliləməsinə imkan yaradır.


Gözlənilir ki, Belarus şirkətləri Baku Build sərgisində iştirakının yekunlarına görə Azərbaycan ərazisində yaşayış məntəqələrinin layihələşdirilməsində və nəqliyyat infrastrukturunun yenidən qurulmasında iştirak edəcəklər.


Qida sənayesi iki ölkənin uğurlu əməkdaşlıq nümunəsidir. Belarus ərzaq məhsulları Azərbaycan istehlakçılarına yaxşı məlumdur. Azərbaycanda iri supermarketlər “Belarus istehsalı” markası altında olan məhsullar üçün müvafiq şəkildə brendləşdirilmiş ayrı-ayrı stellajlar ayırır, Bakıda isə dörd “Belaruski” mağazası uğurla fəaliyyət göstərir.


Azərbaycanda keçirilən ərzaq sərgiləri çərçivəsində Belarus ərzaq məhsulları ənənəvi olaraq maraq doğurur. O cümlədən, 2021-ci ilin iyun ayında Bakıda keçirilən “İnterfood Azerbaijan” beynəlxalq sərgisində Belarusun onlarla qida və içki istehsalçısı təmsil olunub. Sərgi çərçivəsində Belarus milli pavilyonu ən yaxşı ölkə təqdimatına görə mükafata layiq görülüb.


Baku Build sərgisində “Made in Belarus” ekspozisiyası Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Belarus Ticarət və Sənaye Palatasının “Belinterekspo” sərgi müəssisəsi tərəfindən təşkil olunub.


Daha ətraflı məlumat əldə etmək və Azərbaycanda “Made in Belarus” ekspozisiyasına baş çəkmək üçün Yekaterina Tixomirovaya müraciət etmənizi xahiş edirik (mob.: +37544 5091208 (Telegram, Viber, WhatsApp), (e-mail: cmailto:katerina@belinterexpo.by)


Belarus Ticarət və Sənaye Palatasının “Belinterekspo” sərgi müəssisəsi dünyanın 60 ölkəsində 250-dən çox sərgi və konfrans keçirmişdir. “Belinterekspo” Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail və digər ölkələrdə keçirilən ən iri qlobal sərgilərin Belarusda və MDB ölkələrində rəsmi nümayəndəsi, həmçinin Dubayda keçirilən Ekspo 2020 Ümumdünya sərgisinə biletlərin rəsmi yayıcısıdır. Əməkdaşlığa dəvət edirik! Veb-sayt: www.belinterexpo.by/
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020