Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) dair qısa tezislər
Bu xəbəri paylaş
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək məqsədilə əməkdaşlığın genişləndirilməsi üzrə dövlətlərarasi forumdur. Təşkilatın tərkibinə 27 üzv dövlət, 9 müşahidəçi dövlət, 5 müşahidəçi təşkilat və 5 tərəfdaş təşkilat daxildir ki, bu da onu dünya əhalisinin 50 faizindən çoxunu əhatə edən Asiyada aparıcı meydançaya çevirir.
AQEM-in əsasını qoyan sənədlər arasına 1999-cu ildə qəbul edilmiş AQEM-in üzvü olan dövlətlər arasında münasibətləri tənzimləyən Prinsiplər Bəyannaməsi və 2002-ci ildə qəbul edilmiş AQEM-in Nizamnaməsi sayılan Almatı aktı daxildir.
AQEM-ə üzv dövlətlər hesab edirlər ki, Asiyada sülh və təhlükəsizlik bütün dövlətlərin sülh şəraitində birgə mövcud olduğu, onların xalqları isə sülh, azadlıq və tərəqqi şəraitində yaşadığı Asiyada vahid bölünməz təhlükəsizlik zonasına doğru aparan dialoq və əməkdaşlıq vasitəsilə əldə oluna bilər.
Təşkilatın inzibati orqanı olan AQEM Katibliyi Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində yerləşir. Katiblik sədr ölkə tərəfindən təyin edilən icraçı direktordan (hazırda bu vəzifəni K.Sarıbay tutur) və icraçı direktorun müavini, həmçinin üzv dövlətlər tərəfindən seçilən peşəkar ştatdan ibarətdir.
Tarix və fəaliyyətin xronologiyası
1992: AQEM-in çağırılması təşəbbüsü Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən 5 oktyabr 1992-ci il tarixində BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb.
1999: AQEM ölkələrinin xarici işlər nazirlərinin ilk görüşü 14 sentyabr 1999-cu il tarixində Almatı şəhərində 15 üzv dövlətin iştirakı ilə baş tutub. Bu görüşdə SVD üzvü olan dövlətlər arasında münasibətləri müəyyən edən prinsiplər haqqında Bəyannamə qəbul edilmişdir.
2002: AQEM-in ilk zirvə görüşü 4 iyun 2002-ci il tarixində 16 üzv dövlətin iştirakı ilə keçirilib. Zirvə görüşündə AQEM-in Nizamnaməsi olan Almatı aktı qəbul edilib.
2004: 2004-cü ildə keçirilən xarici işlər nazirlərinin ikinci iclasında AQEM-in etimad tədbirlərinin kataloqu və AQEM prosedurunun qaydaları qəbul edilib.
2006: 2006-cı ildə AQEM-in ikinci zirvə toplantısında Tayland və Koreya Respublikasının yeni üzv kimi qəbul edilməsi və daimi Katibliyin yaradılması barədə qərar qəbul edildi.
2008: 2008-ci ildə keçirilən xarici işlər nazirlərinin üçüncü görüşündə İordaniya və BƏƏ yeni üzvlər kimi qəbul edilib.
2010: 2010-cu ildə keçirilən AQEM-in üçüncü Zirvə toplantısında Türkiyə qurumun qurucu sədri olan Qazaxıstandan AQEM-də sədrliyini qəbul edib. Üçüncü Zirvə görüşündə İraq və Vyetnam yeni üzv kimi qəbul olunub və AQEM-in Konvensiyası qəbul edildi.
2011: Bəhreyn və Kamboca AQEM-ə qoşulub.
2014: Banqladeş və Qətər AQEM-ə qoşulub.
Sədrlik və üzvlər
Sədrlər
• Qazaxıstan (2002-2010)
• Türkiyə (2010-2014)
• Çin (2014-2018)
• Tacikistan (2018-2020)
• Qazaxıstan (2020 – indiyə kimi)
Üzv dövlətlər
Əfqanıstan, Azərbaycan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qətər, Koreya Respublikası, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam.
AQEM-in məqsədləri
* Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çoxtərəfli yanaşmaların işlənib hazırlanması yolu ilə əməkdaşlığın möhkəmləndirilməsi;
* Terrorizmin bütün formaların və təzahürlərin aradan qaldırılması;
* Narkotiklərin qanunsuz istehsalı və dövriyyəsinə qarşı mübarizə;
* Asiyada tərəqqi və sabitlik üçün ticarət-iqtisadi əməkdaşlığın təşviqi;
* Ətraf mühitlə bağlı bütün məsələlər üzrə əməkdaşlıq;
* Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və tamamilə ləğv edilməsi;
* Humanitar məsələlərin həlli üzrə tədbirlərin işlənib hazırlanması;
* Sivilizasiyalararası münasibətlərdə qarşılıqlı hörmət, anlaşma və tolerantlığın təşviqi;
* Üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə yardım edilməsi.
AQEM-in əsas prinsipləri
* Suveren bərabərlik və suverenliyə xas hüquqlara hörmət;
• Güc təhdidindən və ya onun tətbiqindən vaz keçilməsi;
• Üzv dövlətlərin ərazi bütövlüyü;
• Mübahisələrin sülh yolu ilə həlli;
* Üzv dövlətlərin daxili işlərinə qarışmaması;
• Tərksilahlanma və silahlanmaya nəzarət;
• İqtisadi, sosial və mədəni əməkdaşlıq;
• İnsan hüquqları və əsas azadlıqlar.
AQEM-in strukturu və institutlar
Siyasətini müəyyən edən orqanlar
* Dövlət və hökumət başçılarının görüşü (Zirvə görüşü -ali hakimiyyət orqanıdır, hər 4 ildən bir çağırılır)
* Xarici işlər nazirlərinin görüşü (nazirlərin görüşü - hər 2 ildən bir çağırılır)
* Yüksək vəzifəli şəxslər Komitəsi (YVŞK - struktur ildə bir dəfədən az olmayaraq iclas keçirir)
AQEM-in zirvə görüşləri və görüşləri
AQEM-n zirvə görüşü məsləhətləşmələrin aparılması, AQEM-in fəaliyyətinin gedişinin nəzərdən keçirilməsi və təşkilatın prioritetlərinin müəyyən edilməsi üçün hər dörd ildən bir çağırılır.
Xarici işlər nazirlərinin görüşü iki ildən bir keçirilir. Nazirlərin görüşləri AQEM-in fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi və baxılması üçün mərkəzi forumdur.
Yüksək vəzifəli şəxslər Komitəsi AQEM-in əvvəlki qərarlarının yekunlarının icrasını müzakirə edilməsi, AQEM-in cari məsələləri üzrə məsləhətləşmələr aparılması, xüsusi işçi qruplarının işini müşahidə edilməsi və digər iclasların işinin əlaqələndirilməsi üçün ildə bir dəfədən az olmayaraq keçirilir.
AQEM iclaslarının xronologiyası
* İlk nazirlər toplantısı – 1999-cu ilin sentyabrı
* Birinci zirvə görüşü - 2002-ci ilin iyunu (Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə)
* İkinci nazirlər toplantısı – 2004-cü ilin oktyabrı
* İkinci zirvə görüşü – 2006-cı ilin iyunu (Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə)
* Üçüncü nazirlərin toplantısı – 2008-ci ilin avqustu
* Üçüncü zirvə görüşü - 2010-cu ilin iyunu (Türkiyə Prezidenti Abdulla Gülün sədrliyi ilə)
* Dördüncü nazirlər toplantısı – 2012-ci ilin sentyabrı
* Dördüncü zirvə görüşü - 2014-cü ilin mayı (ÇXR Sədri Si Cinpinin sədrliyi ilə)
* Beçinci nazirlər toplantısı - 2016-cı ilin apreli
* Nazirlərin xüsusi toplantısı – 2018-ci ilin sentyabrı
* Beşinci zirvə görüşü – 2019-cu ilin iyunu (Tacikistan Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə)
* Altıncı nazirlər toplantısı -2021-ci ilin oktyabrı
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)