Gənclər və idman naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Bu xəbəri paylaş
Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb. Görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir. Görüş zamanı Fərid Qayıbov UNICEF-in 25 ildən artıqdır ki, ölkəmizdəki fəaliyyətinin hümanizm prinsiplərinə əsaslanan fəaliyyətinin yüksək qiymətləndirildiyini, nazirliyin bu təşkilatla əlaqələrin və qarşılıqlı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə hazır olduğunu bildirib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)