Narkotik maddə satışı ilə məşğul olan qadın saxlanılıb (+FOTO=4, +VİDEO)

Narkotik maddə satışı ilə məşğul olan qadın saxlanılıb (+FOTO=4, +VİDEO)

 

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Sənubər Vəliyeva tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.Azərtac

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020