Şəhid və qazi övladları üçün xeyriyyə aksiyası keçirilib +FOTO=6
Bu xəbəri paylaş
Şəhid və qazi övladları üçün xeyriyyə aksiyası keçirilib +FOTO=6
Oktyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib.
Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Artiq üçüncü dəfədir təşkil olunan xeyriyyə tədbirinə həmçinin tanınmış sənətkarlar - Azərbaycan Respublikasının Xalq artistləri Flora Kərimova, Avtandil İsrafilov və Mənsum İbrahimov dəstək veriblər. Aksiyada aparıcı Könül Muxtarova iştirak edib.
Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





