Bakı Musiqi Akademiyası."Creativ Spark" layihesinin veb saytı yaradıldı +FOTO=6

Bakı Musiqi Akademiyası."Creativ Spark" layihesinin veb saytı yaradıldı +FOTO=6

 

 


Britaniya Şurasının Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində Bakı Musiqi Akademiyasında yeni https://www.creativebma.az/ veb-saytı istifadəyə verilib.

 

Məlum olduğu kimi, 2019-cu ildən etibarən Bakı Musiqi Akademiyasında Şərqi London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda Creative Spark layihəsi uğurla davam edir. Layihənin icra olunduğu müddətdə yaradıcı tələbələr və məzunlar üçün onların sahibkarlıq haqqında biliklərini, biznes bacarıqlarını və İngilis dili biliyini inkişaf etdirmək üçün təlimlər, vebinarlar, müsabiqələr, danışıq klubları təşkil olunur və bir sıra digər elektron resurslar təqdim olunur.

 

Bakı Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevadır.

 

Yeni istifadəyə verilmiş veb-saytda Creative Spark proqramı, tərəfdaşlar, təlimlərdə uğurla iştirak etmiş tələbələr və layihə çərçivəsində görülən bütün işlər haqqında məlumat öz əksini tapıb.

 

Qeyd edək ki, veb-saytın yaradılmasının məqsədlərindən biri də layihədə uğurla iştirak etmiş tələbələr üçün freelancer-lik fəaliyyəti ilə bağlı imkanları genişləndirməkdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020