Şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib – (AZpress.AZ, B.Ağaddin, Lerik)

Şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib – (AZpress.AZ, B.Ağaddin, Lerik)

Şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib –  (AZpress.AZ, B.Ağaddin, Lerik)

 

Lerik şəhərində şəhid mayor Ramil Mərdan oğlu Ağayevin il mərasimi keçirilib.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, R. Ağayev müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizdəndir.

 

Azərbaycan Ordusunun mayoru, “N” saylı hərbi hissənin qərargah rəisi olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Ramil Ağayev oktyabrın 8-də Fizuli uğurunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ailəli olan şəhidin 2 qız övladı yadigar qalıb. Onun nəşi Lerik şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edərək, ailəsinə dərin hüznlə baş sağlığı veriblər.

 

Mərasimdə şəhidin təltif edildiyi “Cəbrayılın azad olunmasına görə” medalı qızına təqdim olunub.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020