Ağcabədidə Vətən müharibəsi şəhidi Əli Əsədovun il mərasimi keçrilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=17)
Bu xəbəri paylaş
Ağcabədidə Vətən müharibəsi şəhidi Əli Əsədovun il mərasimi keçrilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=17)
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, oktyabrn 11-də rayonun Şahsevən Təzəkənd kəndində Vətən müharibəsinin qəhrəmanı Əli Əsədovun il mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin, yerli icra və bələdiyyə nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, din xadimləri və media mənsubları iştirak ediblər.
Mərasimdə iştirak edənlər şəhid Əli Əsədovun keçdiyi şərəfli döyüş yolundan bəhs etmişlər. Qeyd olunub ki, qorxubilməz əsgər döyüşlərdə igidliklər göstərmiş, və Füzuli istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına həlak olub. O, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub”...
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
















