Şəhidlər Məkan Qəhrəmanov və Ceyhun Mustafazadənin il mərasimləri keçrilib - (AZpressAZ -Mais İbrahimov +FOTO=50)

Şəhidlər Məkan Qəhrəmanov və Ceyhun Mustafazadənin il mərasimləri keçrilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=50)

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 12 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalmış Ağcabədinin Minəxorlu kəndində şəhid Məkan Qəhrəmanov və Sarıcalı kəndində şəhid Ceyhun Mustafazadənin il mərasimləri keçirilib.

 

Məkan Qəhrəmanov Füzuli uğrunda gedən döyüşlərdə igidliklə vuruşub və şəhidlik şəhadətinə qovuşub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azadolunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Ceyhun Mustafazadənin valideynləri əslən Xocalıdandırlar. Onlar Sarıcalı kəndində məskunlaşmış olduqlarından Ceyhun da 1997-ci ildə burada dünyaya göz açıb, böyüyüb. Ötən ilin 27-si sentyabrnda başlanan Vətən müharibəsinin fəal iştirakçısı olan Ceyhun 12 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən qızğın döyüşdə həlak olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
... Şəhidlərin il mərasiminin iştirakçıları məzarlarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzüblər. Onların əziz xatirələrini yad edib, ruhlarına dualar oxuyublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020