Kinorejissor Vaqif Mustafayev ADU-da ustad dərsi keçib - FOTO

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində Magistratura şöbəsinin təşkilatçılığı ilə görkəmli kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə görüş keçirilib. “Ustad dərsi” istiqamətində keçirilən görüşdə sənət incəlikləri və həyatda sənətin rolu barədə danışılıb. Qonaq tələbələrə mədəni dünyada baş verən proseslərin əhəmiyyətindən söhbət açıb. Qeyd olunub ki, sənətin mahiyyətini və sənətin əsl imkanlarını duymaq və anlamaq insanların ətraf aləmlə münasibətinə çox ciddi təsir edir.


Kinorejissor Vaqif Mustafayev fikirlərinə əlavə olaraq bildirib ki,  istənilən sahədə, istənilən ixtisas sahibinin bilməli olduğu məsələlər içərisində mədəniyyət və ədəbiyyat sahəsi önəmli yer tutur. Bu istər müəllim, istər həkim, istər mühəndis olsun, fərq etmir. Hər kəs mədəni və ədəbi düşüncə baxımından müasir dünya ilə ayaqlaşmağa çalışmalıdır.


Tədbirdə çıxış edən Pedaqogika kafedrasının müəllimi, pedoqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov qonaq haqqında ürək sözlərini söyləyib. Vaqif Mustafayevin Vətənə, millətə olan xidmətlərindən danışan Vidadi Bəşirov tələbələrə bundan nümunə götürməyin vacibliyindən danışıb.


Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor indiyədək çəkdiyi filmlərin kadrarxası məqamlarından, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb.


Tədbir tələbələri maraqlandıran suallarla davam edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020