Binəqədi Gənclər Evi yeni mövsümdə "Könüllülük Akademiyası 5" (#GəncLiderlərimİZ) layihəsinə START verdi!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülər Akademiyası 5 (#GəncLiderlərimİZ) layihəsinə start veriləcək!


Layihə 2 ay müddətində 30-dən çox könüllü gənc ilə, davam edərək, onların maraqlarına xidmət edəcək.


2 ayı müvəffəqiyyətlə başa vuran könüllülər xüsusi diplom və hədiyyələrlə təltif olunacaqlar!


Layihənin əsas məqsədi:


1. Könüllülük hərəkatını genişləndirmək;


2. Binəqədi Gənclər Evində olan departamentlərdə gənclərin praktiki fəaliyyətini artırmaq;
 

3. Tərəfdaş qurumlarda gənclərlə bağlı layihə və tədbirlərdə, könülləri ora yönləndirərək, təcrübələrini artırmaq;
 

4.Gənclərin daha yaxşı inkişaf etməsi üçün bir sıra aktual mövzularda təlim və seminarlar təşkil etmək;
 

5. İştirakçıların asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək;
 

6.Gənclərə layihə müddətində fərdi layihələrini həyata keçirmək şansı vermək!
 

Qeyd edək ki, layihədə 14-29 yaşını əhatə edən yeniyetmələr, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula bilərlər.
 


QEYDİYYAT linki:
https://docs.google.com/forms/d/1u6A4ieWgV3SOBgJB3yKrG-VNUQJoRTiDpVyfLdVVbnI/edit


Son qeydiyyat tarixi: 21 noyabr, saat 18:00
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020