Deputat İlham Məmmədov Yevlax rayon Yuxarı və Aşağı Qarxun kəndlərinin sakinləri ilə görüş keçirib

Milli Məclisin deputatı İlham Məmmədov Yevlax rayon Yuxarı və Aşağı Qarxun kəndlərinin sakinləri ilə görüş keçirib.


AZpress.AZ xəbər verir ki, qəbula gələn vətəndaşlar şəxsi məişət problemləri ilə yanaşı, hər iki kəndin ərazisini əhatə edən və uzun müddətdir ki, mübahisəli məsələyə çevrilən əkin sahələrinin suvarılması üçün yaranan problemlərini deputatın diqqətinə çatdırdılar. Qeyd edilən məsələ ilə əlaqədar deputat İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun Suvarma Sistemləri İdarəsinin nümayəndələri və kənd sakinlərinin iştirakı ilə geniş müzakirələr aparılmış, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Hər iki kəndin sakinləri suvarma sahəsindəki mübahisəli problemin həll olunmasına görə Milli Məclisin deputatı İlham Məmmədova öz minnətdarlıqlarını bildirmişlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020