II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ikinci günü Ü.Hacıbəylinin "Arşın mal alan" operettası ilə başa çatdı - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olundu.
 

Baş rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar arstistlər Fərid Əliyev, Inarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikovdur. Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
 

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
 

#IIBeynəlxalqVokalçılarFestivalı
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020