Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İB ikinci təlimini həyata keçirildi +FOTO=10
Bu xəbəri paylaş
Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İB ikinci təlimini həyata keçirildi +FOTO=10
16 oktyabr 2021-ci ildə “Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsinin ikinci təlimini həyata keçirdi. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir
Fəaliyyət planında nəzərdə tutulduğu kimi 16 oktyabr 2021-ci ildə Zərdabda 12 nəfər gənclə bərabər ikinci təlim həyata keçirildi. Təlimdə Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin dirketoru Fuad Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov və Uşaq vəAilələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva iştirak edib.
İlk öncə təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan etdi və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verdi. Sonra təlimdə iştirak edən Ağcabədi GİKM sədri Fuad Əliyev könüllülük haqqında məlumat verdi və həyata keçirilən bu kimi tədbirlərin və layihələrin təqdirəlayiq olduğunu bildirdi.
Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov könüllü fəaliyyət haqqında gənclərə məlumat verərək təşkilatın işinə uğurlar arzu etdi. Eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva da gənclərin təşəbbüskarlığının artırılması istiqamətində onlara öz təcrübələrindən danışdı və könüllülük fəaliyyətinin əhəmiyyətini qeyd etdi.
Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırdı.
Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanıldı. Çay süfrəsi zamanı bu istiqamətdə diskussiya aparıldı.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)









