Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 7 bilbordda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi münasibətilə məlumat xarakterli bilbordlar yerləşdirilib.


Böyük Britaniyada yaşayan soydaşlarımızın adından Müstəqillik Gününə həsr olunmuş lövhələrdə 18 Oktyabr tarixinin Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib.


Qeyd edək ki, lövhələrdə üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın 3 gün müddətində yerləşdirilməsi nəzərdə tutulur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020