Şah Mat Teatrında "Çevrilmə" baş tutacaq
Bu xəbəri paylaş
Müstəqil Şah Mat Teatrı XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan almandilli Avstriya yazıçısı Frans Kafkanın eyniadlı əsəri əsasında hazırlanan “Çevrilmə” mono tamaşasını oktyabr ayının 21-də saat 19:00-da Saalam Cinema səhnəsində nümayiş etdirəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mono tamaşada Mir Qabil Əkbərov ifa edəcək.
Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayev, rejissor assistenti Səid Abbasovdur
Tamaşada gənc oğlanın gecə yatıb səhər həşərata çevrildiyindən və ailəsinin bir-bir bundan üz döndərdiyindən və oğlanın bu cür mənəvi əzablarla can verməsindən bəhs olunur.
Burada əsas insanların absurd yaşam tərzindən çıxması və həyat eşqi ilə yaşaması ön plana çəkilir.
Tamaşanın ideyası isə heç bir insan bilərəkdən çevrilmir, onu hansısa bir qüvvə ya çevirir, ya da çevrilməyə məhkum edir. Ama biz nəyəsə çevrilib sonda absurd olmağa yox, yaşamağa məhkum olmalıyıq.
Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü Salaam Cinemadan əldə edə bilərsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)