Toyuq ətinin içərisində narkotik keçirmək istəyən saxlanıldı

Toyuq ətinin içərisində narkotik keçirmək istəyən saxlanıldı 

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

 

Xidmətdən  verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səyavuş Elşad oğlu İbrahimova tanışı Ucar şəhər sakini Elşən Tapdıq oğlu Musayev tərəfindən göndərilmiş sovqata baxış keçirilib.

 

 

Baxış zamanı orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,836 qram olan narkotik-maddə heroin və ümumi çəkisi 0,763 qram olan psixotrop maddə-metamfetamin aşkar edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020