Ağcabədidə şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib (AZpressAZ -Mais İbrahimov +FOTO=33)

Ağcabədidə şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib (AZpressAZ -Mais İbrahimov +FOTO=33)

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərində Vətən müharibəsi şəhidi Xəyal Həziyevin xatirə bulaq kompleksinin açılışı mərasimi olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi çağırış üzrə dövlət Xidməti Ağcabədi rayon şöbəsinin nümayəndəsi, ziyalılar, müəllimlər, şəhidin yaxınları və mətbuat işçiləri iştirak ediblər.

 

Xatirə bulaq kompeksinin üzərində Vətən müharibəsinin qəhrəmanı şəhid Xəyal Həziyevin mərmər üzərində həkk olunmuş şəkli öz əksini tapıb. Sözügedən bulaq kompleksinə içməli su xətti çəkilmiş, ətrafı abadlaşdırılmışdır.

 

Açılış mərasimində əllərində Azərbaycan bayrağı və şəhidlərin şəkilləri olan şəhər 4 saylı tam orta məktəbinin şagirdləri Vətən, torpaq və şəhidlər haqqında şeirlər səsləndirmişlər. Tədbir iştirakçıları tərəfindən bulaq kompleksinin ətrafına əklillər qoyulmuş, üzərinə tər-çiçək dəstələri düzülmüşdür. Şəhidin keçdiyi qısa və şərəfli döyüş yolundan söhbət açılmış, ruhuna dualar oxunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020