Bullinqi DAYANDIR!
Bu xəbəri paylaş
Bullinqi DAYANDIR!
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bullinqi DAYANDIR! ” layihəsinə başlamışdır.
Layihənin əsas məqsədi, bullinqə məruz qalmış gəncləri aşkar etmək və bullinqin fəsadları haqqında gəncləri, onların ailələrini və müəllim heyətini maarifləndirməkdir.
İctimai Birliyin sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində - oktyabr, noyabr və dekabr aylarında Bakı şəhərinin Binəqədi, Nəsimi və Xəzər rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə beş seminarı əhatə edəcək layihəyə 160 nəfər gənc cəlb olunacaqlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı , QHT nümayəndələri də iştirak edəcəklər.
Layihənin ilk seminarı 21 oktyabr 2021-ci il tarixlərində Binəqədi rayonunda keçiriləcəkdir..
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)