20-27 oktyabr tarixlərində "Payız Zəfəri" adlı düşərgə baş tutacaq
Bu xəbəri paylaş
20-27 oktyabr tarixlərində "Payız Zəfəri" adlı düşərgə baş tutacaq
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 2021-ci il 20-27 oktyabr tarixlərində Göygöl Olimpiya Kompleksində keçiriləcək "Payız Zəfəri" adlı düşərgə baş tutacaq.
Düşərgə haqqında ətraflı məlumat hər gün sizin elektron poçt ünvanınza göndəriləcək. Məlumatın rəhbərlik etdiyiniz və ya əməkdaşı olduğunuz xəbər saytlarında yayımlanmasına və daha çox auditoriyaya çatmasına köməklik göstərməyinizi xahiş edirik.
Qeyd edək ki, "Payız Zəfəri" düşərgəsi 18-25 yaş arası gənclər üçün nəzərdə tutulub.
Düşərgəmizin gənclər arasında keçirilməsinin əsas məqsədi bu kateqoriyadan olan insanları xaricdə təhsil, təqaüd proqramları və oradakı tələbə mühiti haqqında maarifləndirməkdir.
"Payız Zəfəri" adlı layihəmiz 7 gün davam edəcək.
Layihə müddətində iştirakçılar ölkəmizdən kənarda təhsil almış, cəmiyyət arasında sosial-aktiv fəaliyyəti olan gənclər tərəfindən keçirilən təlim və seminarlarda iştirak edəcək, onların peşəkar həyatı və fəaliyyətləri ilə tanış olacaqlar.
Bir həftə ərzində təlimçilər və təşkilatçılar tərəfindən gənclər üçün komanda oyunları, xəmsə yarışları, ekskursiyalar, 44 günlük Vətən müharibəsində iştirak edən qazilərlə görüşlər, günün sonlarına yaxın isə əyləncəli proqramların keçirilməsi nəzərdə tutulur.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)