Milli Məclisin sədri Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlament Sədrlərinin Konfransında iştirak etmək üçün Yunanıstan Respublikasına işgüzar səfərə gəlib.

 

 


Afina Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


Sabah  Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin Avropa Konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edəcək spikerlərlə  bir sıra görüşləri də nəzərdə tutulub.


Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020