Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ““Gənclərin ictimai fəallığa təşviqi”” layihəsinin icrası başa çatdırılıb +FOTO=3
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ““Gənclərin ictimai fəallığa təşviqi”” layihəsinin icrası başa çatdırılıb
Layihənin müəllifi, ictimai fəal Samir Pənəliyev Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların inkişafı üçün hər cür şərait yaradılıb. Bu siyasətin uğurla icra olunmasında Gənclər Fondunun da mühüm xidmətləri var,Və dəyərli gənclər! Əvvəlcə hər birinizi müstəqilliyimizin 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm! Sizinlə birlikdə belə möhtəşəm tarixi hadisəyə şahidlik etdiyim üçün çox xoşbəxtəm. 28 illik aradan sonra Azərbaycan xalqı
Müstəqillik bayramını qələbə ovqatı ilə qeyd edir. Nəhayət, 28 il sonra bu bayramı ölkəmizin bütün ərazisində qeyd etmək bizə nəsib oldu. Müstəqillik bayramı təkcə paytaxt Bakıda, qədim Şəkidə deyil, həm də cənnət Qarabağda, gözəl Şuşada, qartal duruşlu Laçında, əsrarəngiz gözəlliyi ilə adamın ağlını başından olan ucsuz-bucaqsız Kəlbəcər torpaqlarında qeyd olundu. Bu xoşbəxtliyi Azərbaycan xalqına
bəxş edən cənab Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edir, şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Eşq olsun igid Azərbaycan əsgərinə!
Daha sonra çıxış edən "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə xanım Mustafayeva Əziz gənclər, biz tarixi hadisəyə şahidlik etdik. 44 günlük Vətən müharibəsi yaxın keçmişdə baş verdiyi üçün həmin günləri hamımız yaxşı xatırlayırıq. Düz bir il əvvəl hərbi komissarlıqların qarşısı dəniz kimi dalğalanırdı. Təkcə gənc və orta nəslin nümayəndələri deyil, yaşlı
insanlar da düşmənlə vuruşmaq üçün fürsət gözləyirdilər. Analar öz oğullarını “Ya şəhid ol, ya qazi” deyərək cəbhəyə yola salırdılar. Atalar övladlarının şəhid xəbərini alanda “Vətən sağ olsun!”
deyirdilər. Azyaşlı məktəblilər isə atalarının verdiyi qəpik-quruşu ordu üçün yollayırdılar. Bu birlik, bu bərabərlik Azərbaycan xalqının qələbəsini təmin etdi. İndi bizim qarşımızda dayanan əsas vəzifə
müharibənin yaralarını sarımaq, ictimai işlərdə yaxından iştirak etməkdir. İndi bizim hər birimiz arxa cəbhənin əsgəri olmalıyıq. Ən əsası isə əsgər kimi ayıq-sayıq olmalıyıq. Bunu bizdən Vətənimizin
gələcəyi tələb edir. Hər birinizə can sağlığı və ölkəmizin daha da qüdrətlənməsi istiqamətində apardığınız mübarizədə uğurlar arzulayıram!
Azərbaycan Təqaüd proqramları Layihəsinin rəhbəri Şahin Sərdarlı gəncləri ictimai həyatda fəal iştirak etməyə çağırıb Bildirib ki, ictimai maraqları şəxsi maraqlardan üstün tutan gənclər fərdi bacarıqlarını artırmaqla parlaq karyeraya sahib ola bilərlər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


