Xəzər rayon MKS-də Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib +FOTO=10

Xəzər rayon MKS-də Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib +FOTO=10

 

 

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlikvə şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

 

Görüş Xəzər rayon MKS-in oxu zalında baş tutub.

 

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüşdə Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin şagird və müəllim kollektivi fəal iştirak edib qazilərə suallar ünvanlandırıblar.Tədbir zamanı Xəzər rayon Gənc qazilər filialının müdiri Hacı müəllimə təşəkkür bildirilib.

 

Qeyd edək ki,görüşə dəvət olunan qazilər Füzuli,Cəbrayıl və Cəsur döyüşçü medalları ilə təltif ediliblər.

 

218 saylı orta məktəbin kitabxanaçısı Afət Mirzəyeva çıxışında qazilərimizlə daima fəxr etdiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimzi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib.

 

Vətən müharibəsinin qaziləri Məmmədov Rüstəm və Baxşıyev Nəbi isə döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından faktla danışıblar.

 

Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca süfrə arxasında səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020