"Zəfər Liqası" turnirinin püşkü atılıb - FOTO

Azərbaycan Futbol Federasiyaları Asossasiasiyası və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər Liqası”nın püşkü atılıb.


AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak edib.


8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020