Könüllülərin Zəfəri layihəsinə start verilir

Könüllülərin Zəfəri layihəsinə start verilir

 

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Könüllülərin Zəfəri” layihəsinə start verilir.

 

Layihənin icrasının başlıca məqsədi gənclərin könüllülüyə olan marağını daha da artırmaq və milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaqdan ibarətdir.

 

Layihə müddətində seçilmiş 30 nəfərə yaxın gənclərin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur ki, bu görüşlərdə ekspertlərlə yanaşı könüllü olaraq vətən müharibəsində iştirak edən igidlərimizin də iştirakı nəzərdə tutulur.

 

2021-ci ilin noyabr-dekabr tarixləri arasında keçiriləcək görüşlər zamanı könüllü olaraq döyüşlərdə iştirak edən Vətən müharibəsi iştirakçılarının, həmçinin Milli qəhrəmanların və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə iştirakçılara geniş məlumat veriləcəkdir.

 

44 günlük vətən müharibəsində igidlik göstərmiş Vətən müharibəsi qəhrəmanlarının getdikləri şərəfli yolun araşdırılması məqsədilə könüllülərlə birgə fəaliyyət təşkil ediləcəkdir. Könüllülərin ümumi topladıqları məlumatlar vahid informasiya bazasında toplanacaqdır. Nəticə etibarı ilə qəhrəmanlarımızın keçdiyi şərəfli yol könüllülərimiz vasitəsilə daha geniş auditoriyaya çatdırılacaqdır.

 

Layihənin sonunda könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı an qısa musiqili klip şəklində gənclərə aşılanacaqdır.

 

İştirak üçün müraciət:

 

16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

 

İştirak üçün müraciət etmək istəyənlər 30 oktyabr 2021-ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

 

Mob : 0553911521
Email: info@avpu.az

 

Qeydiyyat linki https://forms.gle/EbALCvusgyU7cWk3A 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020