Lerikdə şəhid Tərzan Haşımovun anım mərasimi keçirilib -(AZpress.AZ- B.Ağaddin, +FOTO=3)

Lerikdə şəhid Tərzan Haşımovun anım mərasimi keçirilib -(AZpress.AZ- B.Ağaddin, +FOTO=3)

 

Ötən gün Lerik rayonunun Bibiyani kəndində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olmuş, 44 günlük Vətən müharibəsinin şəhidi Tərzan Qəhraman oğlu Haşımovun anım mərasimi keçirilib.

 

Azpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediiblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

 

Daha sonra şəhidin ailəsi ziyarət edilib. Rayon rəhbəri Haşımovların qayğıları ilə maraqlanıb.

 

Sonda şəhidin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş "Cəbrayılın azad olunmasına görə" medalı onun atasına təqdim edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020