Türk dünyası sənətçilərinin Ankarada konserti

Türkiyənin ən məşhur bədii kollektivlərindən olan Bilkənt Universitetinin Simfonik Orkestri Türk dünyası sənətçilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edib.
 

Keçmiş Sovet İttifaqının türkdilli respublikalarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə Jorj Bizenin “Karmen” operasının konsert ifası təqdim olunub.
 

Ankaradakı “Odeon” konsert zalında çıxış edən orkestri tanınmış dirijor, Azərbaycan Əməkdar incəsənət xadimi Elşad Bağırov idarə edib. Konsertin solistləri Feruza Yusupova (Özbəkistan), Ayxan Uştuk (Türkiyə), Alfiya Karimova (Başqırdıstan) və Rasul Jarmaqambetov (Qazaxıstan) olublar.
 

Tədbirdə Azərbaycan və digər türk respublikalarının diplomatik nümayəndələri iştirak ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020