Akademik Musiqili Teatrın aktrisası "Altın Güneş" mükafatına layiq görüldü

Akademik Musiqili Teatrın aktrisası "Altın Güneş" mükafatına layiq görüldü

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucova “Caspian Events Group"un  təsis etdiyi "Altın Güneş – 2021” mükafatına layiq görülüb.

 

 


Hər il mütəmadi olaraq Türkiyədə həyata keçirilən bu layihə ölkəmizdə ilk dəfə təşkil olunmasına baxmayaraq, ətrafına fəaliyyəti ilə fərqlənən bir çox incəsənət, media və digər sahələrin nümayəndələrini cəmləşdirə bilib.


Nahidə xanım ona göstərilən diqqətə görə tədbirin beynəlxalq direktoru Olucay Kutlucaya və ölkəmizdəki rəsmi nümayəndəsi Tural Ələkbərova dərin təşəkkürlərini bildirib, bundan sonra da yaradıcılıq fəaliyyətini uğurla davam etdirəcəyini vurğulayıb.


Qeyd edək ki, Nahidə Mülük qızı Orucova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaratmış, saysız filmlərə çəkilmişdir. N.Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. 2013-cü ildən isə Prezident Mükafatçısıdır.


Xatırladaq ki, sevilən aktrisa 30 oktyabr saat 19:00-da Akademik Musiqili Teatrında nümayiş olunacaq  "O olmasın,  bu olsun"  ( Ü.Hacıbəyli ) operettasında  Sənəm obrazı ilə tamaşaçıların görüşünə gələcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020