İran Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

İran Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İslam Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərmişdir.


Məktubda deyilir: Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm.


Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.


Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm.


Seyid İbrahim Rəisi – İran İslam Respublikasının Prezidenti

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020