Qaraqalpaqstanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub - FOTO

Özbəkistanın Qaraqalpaqstan Respublikasındakı Acıniyaz adına Nukus Dövlət Pedoqoji İnstitutunda Hüseyn Cavid adna Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub.

 

 


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə yaradılan ocağın açılışında Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Bakıdan və Daşkənddən gələn qonaqlar, universitetin professor-müəllim heyəti, jurnalistlər iştirak edib.


Açılşın rəmzi qırmızı lentini Qənirə Paşayeva, Samir Abbasov və institutun rektoru Bayrambəy Atemuratov kəsiblər.


Azərbaycan Mərkəzində nəşrlər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən kitablar var. Kolleksiyada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” əsəri, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda kitablar da hədiyyə olunan nəşrlər arasındadır. Otaqda Azərbaycann bayrağı, yazıçılarımızın portretləri, Qarabağn milli və qadn və kişi geyimləri, xalçalarmz, suvenirlərimiz də nümayiş etdirilir.


Azərbaycan ocağı kompyuter və televizorla da təmin edilib.


İnstitutun rektoru qonaqlar salamlayb, bu mərkəzin yaradlması üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Rektor vurğulayb ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində bu mədəniyyət ocağnn böyük rolu olacaq.
Samir Abbasov Özbəkistanla mədəni əlaqələrin inkişafından danışaraq, rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir çox ali məktəblərdə, mədəniyyət müəssisələrində Azərbaycan mərkəzləri, ocaqlarının yaradıldığını qeyd edib.


O, dövlət başçılarımızın görüşlərinin iki ölkə arasında əməkdaşlıqda yeni imkanlar açdığını və qarşıya yeni hədəflər qoyduğunu vurğulayıb. Qarakalpaqstanda ilk layihə olaraq Azərbaycana dair mərkəzin yaradıldığını, açılışı edilən Hüseyn Cavid Mərkəzində Azərbaycan dilinin, ədəbiyyatının geniş tədris ediləcəyini, hər iki xalqın ortaq dəyərlərinə dair konfranslar, seminarlar, açıq dərslər keçiriləcəyini qeyd edib. Diplomat sözügedən ocağın  Özbəkistanın Qarakalpaqstan diyarı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirəcəyinə inamını ifadə edib.


Samir Abbasov Özbəkistan-Azərbaycan arasında  əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O,  Hüseyn Cavidin bu misralarını səsləndirib:”Turana qılıncdan da iti, ən ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət”.


Qənirə Paşayeva bu institutda, dahi Berdakın vətənində Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ocağnn açlmasnı böyük hadisə adlandrıb. Komitə sədri Azərbaycanla Özbəkistan arasndak tarixi dostluq və qardaşlq əlaqələrindən danşb, əməkdaşlğn daha da yaxınlaşması istiqamətində dövlət başçlarmz İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu vurğulayblar. Türkdilli dövlətlər arasında, Turan ellərində əməkdaşlığın daha da gücləndirilməsindən danışan
Komitə sədri əmin olduğunu bildirib ki, bundan sonra Qaraqalpaqıstanla Azərbaycan arasında əməkdaşlığın inkişafı daha da dərinləşəcək.


Yazıçı və şairlərimizin dostluğu haqqında söhbət açan deputat Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu vurğulayıb.     Qənirə Paşayeva vurğulayıb ki, Özbəkistan 2020-ci il sentyabrın 27-də Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etmək üçün başladığı Vətən müharibəsində ölkəmizin haqq işini müdafiə edib. Bu dostluq və qardaşlıq nümunəsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlıq edirəm. 
 
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020