“3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi sona çatmışdır +FOTO=4

“3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi sona çatmışdır +FOTO=4
 

11-14 Oktyabr 2021-cı il tarixləri arasında Şəki, Qax, Zaqatala və Balakən şəhərlərində 8-11-ci siniflərdə oxuyan 15-18 yaş aralığında qız və oğlanlardan ibarət məktəblilərə 3T modeli, regional turizmin perspektivləri, sahə üzrə iqtisadi biliklər və turizm sahibkarlığına təşviq mövzularında seminarlar keçirilmişdir.

 

Təlimlər Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə fiziki şəxs Qəhrəmanlı Qafqaz Elman oğlunun “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində reallaşdırılmışdır.

 

Tədbirləri giriş sözü ilə layihə rəhbəri Qafqaz Qəhrəmanlı açmışdır. O, çıxışında layihə mövzusunun gənclər üçün əhəmiyyətindən, regional turizmin inkişaf perspektivlərindən və imkanlarından bəhs etmişdir.

 

Daha sonra layihənin təlimçisi 3T modeli, regional turizmin perspektivləri, sahə üzrə iqtisadi biliklər və turizm sahibkarlığına təşviq mövzularında mühazirə oxumuşdur.

 

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmiş, məktəblilərə layihə çərçivəsində buklet, qovluq paylanılmış və aktiv iştirakçılar sertifikatla təmin edilmişdir. Sertifkatla təmin edilən iştirakçılar çay süfrəsində gələcək təhsil məqsədləri ətrafında səmimi söhbət aparmışlar.
Sonda xatirə şəkili ilə tədbirlər yekunlaşdırılmışdır.
#AzGF #GenclerFondu #KönüllüTurizmPR #youthfoundation

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020