Region gəncləri üçün dördüncü təlim həyata keçirildi +FOTO=6

Region gəncləri üçün dördüncü təlim həyata keçirildi +FOTO=6

 

23 oktyabr 2021-ci ildə “Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ”adlı layihəsi çərçivəsində dördüncü təlimini həyata keçirdi. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

 

İlk öncə təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan etdi və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verdi.

 

Sonra sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olundu.

 

Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırdı.
Təşkilatın idarə heyətinin üzvü Əlisurətli Röya vaxtın idarəolunması, gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində təqdimatla çıxış etdi.

 

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

 

Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanıldı. Çay süfrəsi zamanı bu istiqamətdə diskussiya aparıldı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020