“Tarixin şifrəsi – Gənclərin Axtarışında” adlı layihə uğurla başa çatdı! +FOTO=14
Bu xəbəri paylaş
“Tarixin şifrəsi – Gənclərin Axtarışında” adlı layihə uğurla başa çatdı! +FOTO=14
Ölkəmizin tarixinin, mədəniyyətinin dərindən öyrənilməsi və gənclərinn intellektual biliklərinin artırılması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, XIII qrantmüsabiqəsinin mədəni-tarixi abidələrin gənclər arasında təbliği istiqamətində qalib olan “Tarixin şifrəsi – gənclərin axtarışında” adlı layihə çərçivəsində respublikamızın müxtəlif bölgələrində yaşayan gənclər bir araya gəldilər. Gənclər intellektual yarışmada iştirak etmək üçün ölkəmizin mədəni-tarixi abidələri ilə zəngin olan Şəki şəhərinə səfər etdilər və tarixi məkanlarla tanış olub yarışmada biliklərini sınadılar.
Layihə iştirakçıları birinci mərhələdə Şəkinin müxtəlif tarixi məkanlarına səfər edib, şəhərin yaşlı sakinləri tərəfindən açıq havada təşkil olunmuş seminardaburanın tarixi haqqında daha çox məlumat almış, həmçinin UNESKO-un siyahısına daxil edilmiş tarixi abidələrimizlə yaxından tanış olmuşlar. Layihədə gənclər növbəti mərhələdə komandalara bölünərək intellektual yarışa qoşuldular. Gənclər intellektual yarışmada verilən məntiqi sualların cavabını axtararaq, ekskursiya zamanı əldə etdikləri məlumatlarla mərhələləri keçib və şifrələri taparaq yarışı başa vurublar. Müəyyən olunmuş “tarixin şifrəsi”ni daha tez və düzgün tapan komanda qalib elan olunub. Layihədə iştirak edən bütün gənclər sertifikatla, qalib komanda isə müxtəlif qiymətli hədiyyələrlə təltif olunmuşdur. Layihə gənclərin Şəkidə intellektual yarış sayəsində həm ekskursiyalar zamanı öyrəndiklərini dərindən dərk etmələrinə, həm də intellektual səviyyələrinin, zehni inkişaflarının yüksəldilməsinə dəstək məqsədi ilə icra edilmişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)













