Ağcabədidə şəhidin xatirəsi əbədiləşdirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=59)

Ağcabədidə şəhidin xatirəsi əbədiləşdirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=59)

 

Ağcabədi rayonunun Qaraxanlı kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Ceyhun Məmmədovun doğulduğu kənddə xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksinin açılış mərasimi keçirilib. Mərasim şəhidin doğum gününə təsadüf edib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon Şöbəsinin məsul işçiləri, yerli icra və bələdiyyə nümayəndələri, kənd sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, din xadimləri, müəllim və şagirdlər, media mənsubları iştirak etmişlər.

 

Açılış mərasimində çıxış edənlər şəhid Ceyhun Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan ətraflı danışmış onun haqqında xartirələrini bölüşmüşlər.

 

Sonra iştirakçılar tərəfindən xatirə bulaq kompleksinin qarşısına tər gül-çiçək dəstələri düzülmüş və onun ruhuna dualar oxunmuşdur.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020