Ağcabədidə Vətən müharibəsi şəhidlərinin anım günü qeyd olunub- (AZpressAZ -Mais İbrahimov +FOTO=48)

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin anım günü qeyd olunub-  (AZpressAZ -Mais İbrahimov +FOTO=48)

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Vətən müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyevin il mərasimləri keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin məsul işçiləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, Kəbirli və Hacıbədəlli, şəhidlərin yaxınları, ziyalılar, din xadimləri, media mənsubları iştirak ediblər.

 

Mərasim iştirakçıları Vətən müharibəsi şəhidləri Təhmasib Qarayevin Kəbirli kəndində, Dəyanət Əliyevin Ağcabədi şəhər Qəhrəmanlar Parkında məzarlarını ziyarət ediblər. İştirakçılar şəhidlərin keçdikləri şərəfli döyüş yolundan söhbət açmış, onların igidliklərindən qürur duyduqlarını bildirmiş, valideynlərinə səbr diləyiblər. Şəhidlərin məzarları üzərinə tər-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020