BMT-nin rezident əlaqələndiricisi ilə ANAMA-da görüş

2021-ci il 25 oktyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.


Vüqar Süleymanov, xanım Vladanka Andreyevanı təyinatı münasibətilə təbrik edib, ölkəmizdə fəaliyyəti dövründə uğurlar arzulayıb.


İşğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, dövlətin prioritetlərinə əsasən planlaşdırılan layihələr, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat təqdim olunub.


Görüşdə, Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında mövcud olan sıx əməkdaşlıq tarixçəsi vurğulanıb. Həmçinin, mina qurbanlarına yardım, beynəlxalq standardlar əsasında milli minatəmizləmə standardlarının təkmilləşdirilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə mümkün dəstəyin göstərilməsinə dair müzakirələr aparılıb.


BMT-nin rezident əlaqələndiricisi minatəmizləmə istiqamətində görülən işlərin həcmindən təsirləndiyini və müzakirə edilmiş mövzular üzrə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020