Bolqarıstan nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Suleymanov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüş keçirib.


Görüş zamanı Vüqar Süleymanov Agentliyin ümumi fəaliyyəti, yaradılma tarixçəsi, icra edilən humanitar minatəmizləmə əməliyyatları və işğaldan azad edilən ərazilərdə mövcud mina təhlükəsi haqda məlumat verib.


Qeyd edilib ki, Bolqarıstan Respublikasının nümayəndə heyətinin regiona səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, həmçinin ərazilərin yüksək səviyyədə çirkləndirilməsi faktlarını yerlərdə müşahidə edəcəklər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020