Bullinqi DAYANDIR! +FOTO=6

Bullinqi DAYANDIR! +FOTO=6

 

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bullinqi DAYANDIR! ” layihəsi davam edir.

 

Layihənin əsas məqsədi, bullinqə məruz qalmış gəncləri aşkar etmək və bullinqin fəsadları haqqında gəncləri, onların ailələrini və müəllim heyətini maarifləndirməkdir.

 

İctimai Birliyin sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində - oktyabr, noyabr və dekabr aylarında Bakı şəhərinin Binəqədi, Nəsimi və Xəzər rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə beş seminarı əhatə edəcək layihəyə 160 nəfər gənc cəlb olunacaqlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı , QHT nümayəndələri də iştirak edəcəklər.
Layihənin ilk seminarı 21 oktyabr 2021-ci il tarixlərində Binəqədi rayonunda keçirilmişdir.18 saylı Peşə Liseyində keçirilən seminara Azərbaycan Gənclər Fondunun nümayəndəsi, Binəqədi rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin nümayəndələri və liseyin müəllim heyəti də qatılmışdılar. Seminar çərçivəsində maarifləndirici rolik göstərilmişdir. İştirakçılar seminarın böyük maraq kəsb etdiyini və bu layihənin onlar üçün vacibli bir mövzu olduğunu nəzərə çatdırmışlar. Həmçinin tədbir iştirakçıları bullinqlə bağlı rastlaşdıqları hadisələri bölüşdülər. Seminar çox uğurla başa çatmışdır.

 

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilat bu seminarların layihədən sonra da davam etdirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.

 

Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020