Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olundu +FOTO=79 (YENİLƏNDİ)
Bu xəbəri paylaş
Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olundu
Qeyd: VİDEO və daha geniş FOTOREPORTAJ HAZIRLANIR...
30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. İştirakçı nəşriyyat və kitab mağazalarının sayı artdığı üçün sərgi Sumqayıt Dövlət Dram teatrında deyil, “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.
Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və bir neçə kitab evi iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və konsert proqramlarının keçirilməsi planlaşdırılır. ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılması aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.
Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.
Bütün kitabsevərlər dəvətlidir.
Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)














































































