Ağcabədidə gənclər üçün "Peşəkar həyat və karyera” mövzusunda təlim-seminar keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=4)

Ağcabədidə gənclər üçün "Peşəkar həyat və karyera” mövzusunda təlim-seminar keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=4)

Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin və rayon icra hakimiyyətinin birgə əməkdaşlığı ilə peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayevin "Peşəkar həyat və karyera” mövzusunda şəxsi inkişaf və karyerayönümlu təlim-seminarı keçirilib. Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının, Ağcabədi Pedaqoji Kollecinin tələbələri, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak ediblər.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova tədbirdə çıxış edərək, region gənclərinin problemləri və bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb.
Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib. Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərilərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bünövrəsini tələbəlik dövründə qoymalıdırlar.

 

Təlimçi uğurlu karyera mövzusunda iştirakçıları düşündürən sualları cavablandırıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020