AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucular üçün xidmət vaxtını uzatdı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucular üçün xidmət vaxtını uzatdı 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş rejimində dəyişiklik edilib. Belə ki, oxucuların çoxsaylı xahişləri nəzərə alınaraq, AMEA rəhbərliyinin dəstəyi, MEK rəhbərliyinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxanada oxucular üçün xidmət vaxtı noyabr ayının 1-dən etibarən uzadılır.
Artıq MEK həftəiçi beş gün saat 10:00-dan 20:00-dək oxucuların xidmətində olacaq.

 

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq iki ilə yaxın onlayn xidmət həyata keçirən Mərkəzi Elmi Kitabxana 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020